"Türkiyədən gələn 7 nəfər Rusiyada terror aktları planlaşdırırdı" - VİDEO

9-02-2016, 08:36           

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Türkiyədən Rusiyaya gələn İŞİD üzvünü və onun altı köməkçisini ələ keçirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, FTX şübhəlilərin Rusiyada terror aktlarını həyata keçirməyi planlaşdırdığını iddia edib.

“FTX qrupları Yekaterinburq şəhərində 7 fevral tarixində həyata keçirdiyi əməliyyatın gedişatında Türkiyədən gəldiyi müəyyənləşdirilən İŞİD üzvü və onun altı cinayət ortağını ələ keçirib. Şəbəkə Moskva, Yekaterinburq, Sankt-Peterburq şəhərləri və Rusiyanın Ural dağları bölgəsində böyük səs-küy gətirəcək terror aktları həyata keçirməyi planlaşdırırdı”, - xəbərdə deyilir.

Onlarin üzərindən odlu silah, qumbaralar, partlayıcı maddə və ekstremist ədəbiyyat götürülüb.

İddiaya görə, terror şəbəkəsi terror aktları həyata keçirdikdən sonra yenidən Suriyaya qayıtmağı planlaşdırırdı. Həbs olunanlar arasında Rusiya vətəndaşları ilə yanaşı Mərkəzi Asiya respublikalarının vətəndaşları da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.