Arktikada iqlim üçün fəlakətli “bomba” müəyyən edilib - FOTO

27-02-2021, 08:54           
Arktikada iqlim üçün fəlakətli “bomba” müəyyən edilib - FOTO
Son iyirmi ildə Şimal Buzlu Okeanda şirin su miqdarı 40 faiz artıb. Şirin suyun Atlantik okeanına girməsi qlobal iqlimə fəlakətli təsir göstərə bilər.

Lenta.ru-nun məlumatına görə, Vaşinqton Universiteti, Los-Alamos Milli Laboratoriyası, Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) alimlərinin bununla bağlı tədqiqatları “Nature Communications” jurnalında dərc edilib.

Alimlərin fikrincə, şirin suyun yığılması Arktika buzlarının əriməsi ilə əlaqədardır. Hazırda şirin su duzlu suyun üzərindədir və Bofort dənizində küləklər tərəfindən bir növ su günbəzi əmələ gətirir. Külək azalanda, şirin su Labrador dənizi də daxil olmaqla Atlantik okeanına daxil olur. Bu, öz növbəsində, Atlantik okeanındakı iri okean axınlarına, həmçinin soyuq və isti suların dövranına təsir göstərəcək.

Hazırda Bofort dənizində şirin suyun həcmi 23 min kub kilometrə bərabərdir.

Belə şirin su “bombasının” Atlantik okeanına dəqiq təsirini təxmin etmək mümkün olmasa da, elm adamları bunun bütün Şimal Yarımkürəsinin iqliminə ciddi təsir göstərəcəyinə inanırlar.oxu
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.