"Ermənistan prezidenti Qasparyanı vəzifəsindən azad etdi" – Avetikyan

3-03-2021, 12:06           
"Ermənistan prezidenti Qasparyanı vəzifəsindən azad etdi" – Avetikyan
“Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Hərbi Sığorta Fondunun direktoru Varuzxan Avetikyan öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Sarkisyanın məsələ ilə bağlı məhkəməyə müraciət etməsi sadəcə saxtakarlıqdır:
“Armen Sarkisyan faktiki olaraq general-polkovnik Onik Qasparyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edib. "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanunun konstitusiyaya uyğunluğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə edilən müraciət isə sadəcə bir saxtakarlıqdır. "
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı Ermənistan preizdentinə müraciət ünvanlamışdı. Armen Sarkisyan isə məsələnin araşdırılması üçün məhkəməyə müraciət etdiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.