Koronavirus peyvəndi olunan yaşlılar bədəndəki ağrıların itdiyini deyib – Alimlər şokda

4-03-2021, 07:52           
Koronavirus peyvəndi olunan yaşlılar bədəndəki ağrıların itdiyini deyib –
Koronavirus vaksini olunmuş yaşlı və xroniki xəstəliyi olan insanlar peyvənddən sonra köhnə, onları illərlə narahat edən ağrılarının, xüsisilə oynaq, bel, diz ağrılarının azaldığını, itdiyini bildirib.
Alimlər vaksinin bəzi xroniki ağrılar, Alsgeymer xəstəlikləri, hətta xərçənglə mübarizədə effektiv ola biləcəyini açıqlayıb.
Çünki vaksin immun sistemi sanki oyadır, məşq etdirir və immun sistem özü köhnə xəstəlikləri də aradan qaldıra bilir.
72 yaşlı Britaniya sakini Coan Ueykfild 6 ay idi ki, diz oynağındakı infeksiya və iltihab səbəbindən yeriyə bilmirdi. Dəhşətli ağrılar keçirirdi. Fevral ayında qadına koronavirus peyvəndi vurulub.Elə sabahı gün qadın ağrılarının itdiyini bildirib:”Səhər oyandığımda həminki ağrı yox idi, əvvəllər ayağımı qatlaya bilmirdim. İndi isə ağrı getdi, dizim sanki yenidən canlandı, özüm corabımı və ayaqqabını geyə bilirəm. Zarafatla ərimə dedim ki, peyvənd deyəsən ayağıma təsir edib”.
Çox güman ki, qəribə səslənsə də bir güclü virus əleyhinə hazırlanmış vaksin hansısa formada digər xəstəliklərə də təsir edir və ümumilikdə sağlamlığa müsbət təsir edir. /medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru