İcra başçısı Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi / FOTOFAKT

Bu gün, 09:58           
İcra başçısı Elnur Bağırov vergi borcu olan şirkəti qalib etdi / FOTOFAKT
Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində abadlıq işlərinin görülməsi məqsədilə elan olunmuş tenderin qalibi məlum olub.

Tenderin qalibi "SM Construction Company" MMC seçilib. Şirkət işləri 109.662,12 AZN dəyərində təkliflə həyata keçirəcək.

Qeyd edək ki, layihənin ehtimal olunan qiyməti 120.716,36 AZN olaraq göstərilmişdi. Bu da qalib şirkətin daha sərfəli qiymət təklifi irəli sürdüyünü göstərir.

Əldə etdiyimiz digər məlumata görə, qalib şirkətin dövlətə vergi borcu var. Şirkətin borcu 31408.41 manat təşkil edir.
Bildirək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçi İQBAL HÜSEYNOV İLQAR OĞLUdur.

Qeyd edək ki, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırovdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru