Misir 10 min fələstinliyə təlim keçir

Bu gün, 00:04           
Misir 10 min fələstinliyə təlim keçir
Misir münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin edəcək 10 min nəfərə qədər kontingent yaratmaq üçün yüzlərlə fələstinliyə təlimlər keçirməyə başlayıb.

Bu barədə ərəb ölkələrinin rəsmilərinə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, namizədlərin ilk qrupları artıq Misir hərbi akademiyalarında hazırlığa başlayıblar. Qəzzada atəşkəs əldə edildikdən sonra Misirin daha 5 min fələstinlini analoji təlim keçmək üçün qəbul edəcəyi planlaşdırılır. Gələcək qüvvələrin əsasını Fələstin Milli Administrasiyasının (PNA) təhlükəsizlik orqanlarının nümayəndələri təşkil edəcək, bəzi döyüşçülər “Fəth” hərəkatının tərəfdarları arasından cəlb oluna bilər. Bundan əlavə, Misir, İordaniya və bəzi Körfəz dövlətlərinin milli silahlı qüvvələri atəşkəsdən sonra anklavda təhlükəsizliyin təmin edilməsinə qoşula bilərlər.

PNA prezidenti Mahmud Abbasın müşaviri Mahmud əl-Həbbaş “The Wall Street Journal”a bildirib ki, layihə çox güman ki, beynəlxalq ictimaiyyət tərəfindən maliyyələşdiriləcək. Qəzet iddia edir ki, ərəb dövlətləri getdikcə HƏMAS-ın anklavda hakimiyyəti saxlamamasına təkid edir. Xüsusilə, iyul ayında Ərəb Liqası ilk dəfə olaraq hərəkatı tərksilah etməyə və zolağa nəzarətdən imtina etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru