Hətta dolanmaq üçün hansısa Özbək şairlərinin şeirlərini də tərcümə edirdim...
Bu gün, 08:04
Məşhur Sovet aktyoru Leonid Bronevoy xatırlayır: "Mən adi bir evdə yaşamışam. Otaqda raskladuşka və tarakanlardan başqa heç nə yox idi. Həyat yoldaşım təzə dünyasını dəyişmişdi. 4 yaşlı qızıma mən baxmalı idim. Bir qəpiyim yox idi. Gedirdim teatrın direktoruna deyirdim ki, məni qastrollara göndərin dolana bilim. O, məni rejissorun yanına göndərirdi, rejissor isə direktorun üzərinə. Nəticədə heç bir məsələ həll olmurdu. Teatrdan getdiyim zaman pulum yox idi, Tverskoy bulvarında rubl qazanmaq üçün domino oynayırdım. Bu gülməli idi. Mən sadəcə iki çörək, ya moloko ya da tvaroq ala bilirdim. Yaşlı kişilərlə domino oynayanda isə onlar mənimlə şərt kəsirdilər: "Axıra kimi oynamadan bu skamyanı tərk etmək yoxdur!" Mən onların bu qanununu pozdum, vəziyyətimi onlara izah etdim ki, çətin vəziyyətdəyəm, işsizəm, arvadım ölüb, qızımın 4 yaşı var. Onlar məni anladılar. Qızıma özüm baxırdım və evlənmək istəmədim. Düşündüm qızım məktəbi bitirsin sonra ailə quraram, indi ona bu yaşda travmalar yaşatmaq istəmirdim. Hətta dolanmaq üçün hansısa Özbək şairlərinin şeirlərini də tərcümə edirdim..." İncəsənət TV