Tayanç Ayaydından təcavüz iddialarına cavab

Bu gün, 00:08           
Tayanç Ayaydından təcavüz iddialarına cavab
Türkiyəli aktyor Tayanç Ayaydın həmkarı Dora Lara Akkayaya təcavüz etdiyi iddiası ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

“Yeni il ərəfəsində bir həmkarıma mesaj göndərdim. Mesaja baxdıqda pis niyyətlə yazılmasa da, yersiz kimi qəbul edildiyini anlayıram. Bunun üçün üzr istəyirəm. Verilən cavab atdığım mesajın xoş qarşılanmadığını bildirdi və mən də əlaqəni davam etdirmədim. Bu qədər tənqidlərin səbəbinin tək bir düşüncəsiz mesaj olması məni məyus etdi.

Düşüncəsiz davranmış ola bilərəm, amma heç kəsə təcavüz etməmişəm. Təcazvüz birinə israr, basqı tətbiq etməkdir, mən bunların heç birini etməmişəm. Təcavüzün heç bir növü qəbuledilməzdir”, – o, qeyd edib.

Xatırladaq ki, Dora Lara Akkaya Tayanç Ayaydınla çəkildiyi “Tozluyaka” serialında Ayaydın tərəfindən təcavüzə uğradığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru