Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında "Qarabağ" futbol klubunun bu gün qazandığı tarixi qələbə ilə bağlı paylaşım edib. İqtisadiyyat.az xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
"Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!"