Bakıda mənzildə partlayış olub Bu gün, 09:19 Bakıda beşmərtəbəli yaşayış binasında partlayış olub.Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verir.Bildirilir ki, hadisə Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən binanın mənzillərindən birində baş verib.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.Əlavə məlumat veriləcək. Facebook-da paylaş