Rubio Fransa, Almaniya və Britaniya XİN başçıları ilə İranla bağlı vəziyyəti müzakirə edib
Bu gün, 09:44
Rubio Fransa, Almaniya və Britaniya XİN başçıları ilə İranla bağlı vəziyyəti müzakirə edib ABŞ Dövlət katibi Marko Rubio Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İranla bağlı vəziyyəti müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tom Piqott bildirib.
"ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı vəziyyəti müzakirə etmək üçün Fransanın xarici işlər naziri Jan-Noel Barro, Almaniyanın xarici işlər naziri Yohann Vadeful və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə danışıb. Tərəflər İranın nüvə silahı işləyib hazırlamasının və ya əldə etməsinin qarşısını almaq öhdəliyini bir daha təsdiqləyib", - məlumatda deyilir.