Bu yığma Avropa çempionatının 30 illik rekordunu qırdı

Bu gün, 09:24           
Bu yığma Avropa çempionatının 30 illik rekordunu qırdı
Litva yığması inanılmaz nailiyyətlə basketbol üzrə Avropa çempionatının tarixinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “BasketNews” məlumat yayıb.

Bu gün, avqustun 27-də Litva Böyük Britaniya ilə oyunla (94:70) EuroBasket 2025-in açılışını edib. Bu qarşılaşmada Yonas Valançinasın başçılıq etdiyi Litva yığmasının oyunçuları 57 ribaund toplayaraq qitə birinciliyinin yeni rekordçusu olub.

Litvalılar Rusiya millisinin 30 illik rekordunu (54 ribaund) yeniləyib, bu rekordu 2013-cü ildə Xorvatiya millisi təkrarlayıb. İngilislərlə matçda ən çox ribaundları Valançiunas (9) toplayıb.

2025-ci il Avropa çempionatının növbəti oyununda Litva millisi Monteneqro ilə üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru