Məişət tullantılarına görə hər ay 12 manat ödənilməlidir?

Bu gün, 08:08           
Məişət tullantılarına görə hər ay 12 manat ödənilməlidir?
Bəzi vətəndaşlar iddia edirlər ki, məişət tullantılarının daşınması üçün göstərilən xidmətə görə hər ay onlardan 12 manat tələb olunur.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bərk məişət tullantılarının toplanması, yığılması, daşınması və zərərsizləşdirilməsinə görə, adambaşına ayda bir manat kommunal xidməti tarifi müəyyən edilib.

Məlumatda qeyd olunub ki, mənzilin sakinlərinin sayına görə aylıq ödəniş fərqlənə bilər:

"Bu barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Bərk məişət tullantılarının toplanması, yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 29.07.2024-cü il tarixli, 8 saylı qərarına əsasən, əhali üçün tarif təyin olunub:

"Qeyd olunan xidmət haqqı tariflərinin yığım səlahiyyəti ərazi üzrə mənzil-kommunal təsərrüfatı müəssisələrinə həvalə olunub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru