Həbsdəki jurnalistin yerini dəyişdilər - "Oğlumun taleyindən narahatam"

Bu gün, 00:05           
Həbsdəki jurnalistin yerini dəyişdilər -
Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Arzu Sayadoğlu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə Gununsesi.info-ya həbsdəki jurnalistin atası Sayad Məmmədov bildirib.

Onun sözlərinə görə, oğlunun cəzaçəkmə müəssisənin dəyişdirilməsi ilə bağlı məlumat verilməyib.

“Sadəcə, eşitdiyimizə görə, 10 saylı cəzaçəkmə müəssisəsində problem yaradılıb. Bundan sonra oğlumu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Oğlumun taleyindən narahatam, saytınız vasitəsi ilə Penitensiar Xidmət rəhbərliyindən bu məsələyə diqqət ayırmağını xahiş edirəm”, – deyə o, bildirib.

Qeyd edək ki, müstəqil jurnalist fəaliyyəti göstərən Arzu Sayadoğlu bir neçə il əvvəl hədə-qorxu, tələb etmə maddələri ilə cinayətdə təqsirli bilinib və o, 8 il müddətinə azadlıqdan məhrum olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru