ABŞ-də katolik məktəbində atışma oldu: Yaralılar var

Bu gün, 00:06           
ABŞ-də katolik məktəbində atışma oldu:
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ştat qubernatoru Tim Valz “X” hesabında məlumat yayıb.

“Mənə katolik məktəbində atışma barədə məlumat verilib”, – deyə o, paylaşımda qeyd edib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırda hadisə yerinə cəlb olunduqları qeyd olunub.

Qeyd edək ki, katolik məktəbdə məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqların təhsil aldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru