Gürcülər bu binanı satmaq istəyir, alan yoxdur...

6-03-2021, 09:26           
Gürcülər bu binanı satmaq istəyir, alan yoxdur...
Tbilisi şəhərindəki "Rike Park" ərazisində yerləşən məşhur qrafin formalı tikilinin satışı ikinci dəfə uğursuz alınıb.

Binanın satışına dair bir ay davam edən açıq elektron hərrac bu gün başa çatıb. Onun alışına maraq göstərilmədiyi üçün hərrac yenə baş tutmayıb.

Qeyd edək ki, ilk dəfə 2020-ci ilin 5 fevral tarixində "Biznesə 100 investisiya təklifi" adlı dövlət proqramı çərçivəsində hərraca çıxarılan binanın ilkin dəyəri 95 mln. lari (28,6 mln. ABŞ dolları) müəyyənləşdirilib. Lakin özəlləşdirmə baş tutmadığından tikili yenidən 4 fevral 2021-ci ildə dəyəri 71,25 mln. lariyə (21,43 mln. dollar) endirilərək hərraca çıxarılıb.

Xatırladaq ki, ümumi sahəsi 15 min kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir. Bina İtaliyanın "Studio Fuksos" şirkəti tərəfindən dizayn edilib. //APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru