Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib

8-03-2021, 10:14           
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.

Trend xəbər verir ki, nazirlik Yəməndəki Hutsi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib. Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.

Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar verib.

2019-cu ilin sentyabrında “Aramco” şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru