Braziliya paytaxtında komendant saatı tətbiq edilib

9-03-2021, 08:41           
Braziliya paytaxtında komendant saatı tətbiq edilib
Braziliyanın paytaxtı Braziliada koronavirusun yayılması səbəbindən komendant saatı tətbiq edilib.

APA TASS-a istinadən xəbər verir ki, müvafiq qərar paytaxt federal dairəsinin qubernatoru İbaneys Roşa tərəfindən imzalanıb.

“Vəziyyət kritikdir. Bu gün saat 22:00-da qüvvəyə minəcək komendant saatı elan edirəm. Federal dairə ərazisindəki hər kəs 22:00-dan 05:00-dək evlərində qalmalıdır. Hərəkət məhdudiyyətləri martın 22-dək qüvvədə olacaq”, - deyə qubernator “Twitter”də yazıb.

Onun sözlərinə görə, belə bir məhdudiyyət “virusun yayılmasına qarşı olan yeganə müqavimət üsuludur”. Yalnız səhiyyə müəssisələri, baytarlıq klinikaları və cənazə evləri saat 22:00-dan sonra işə davam edə bilər.

Qeyd edək ki, Braziliyada son sutka ərzində 32 321 nəfərin koronavirus infeksiyasına yoluxması, 987 nəfərin isə bu virusdan ölməsi Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 051 665 nəfər yoluxub. Bu müddət ərzində 266 398 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 782 320 xəstə müalicə olunaraq sağalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.