“Bu addımı atsa, İranı vuracağıq” – Kəşfiyyat şefindən sərt xəbərdarlıq

10-03-2021, 08:57           
“Bu addımı atsa, İranı vuracağıq” –
“İran hücum etsə, İsrail buna cavab vermək gücündədir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail kəşfiyyatının rəhbəri Eli Koen deyib.

O, İran rejiminin İsrailin yox edilməsi çağırışı etdiyini, nüvə silahı əldə etməyi planlaşdırdığı və ölkəsinin şimal sərhədləri yaxınlığında hərbi qüvvə yerləşdirməyə çalışdığını bildirib: “İsrail buna icazə verməyəcək”.

Koen İranın İsrailə hücum ehtimalına da toxunub: “İsrail İranın hücumlarından müdafiə olunmaq gücündədir. Bura hücumlara veriləcək cavab da daxildir”.

Onun sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi, Yaxın Şərq və Avropadakı terror təşkilatlarına ayrılan maddi vəsaitlərin artırılması deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru