Fransada 11 yaşlı yeniyetmə meri başını kəsəcəyi ilə hədələyib

10-03-2021, 09:23           
Fransada 11 yaşlı yeniyetmə meri başını kəsəcəyi ilə hədələyib
Fransanın Lion şəhərinin kommunası ətrafında meri başını kəsəcəyi ilə hədələyən cinayətkarın 11 yaşlı yeniyetmə olması üzə çıxıb.

Bu barədə yerli “LyonMag” nəşri bildirib.

Riye-lya-Pap kommunasının meri Aleksandr Vensande martın 6-da feysbukda divarda onun başının kəsiləcəyi və bələdiyyənin yandırılacağı hədəsinin yazıldığı şəkli paylaşıb.

Polis həmin gün bildirib ki, təhlükəli yazılarla bağlı iş üzrə şübhəli şəxslərdən biri cinayət başında yaxalanıb. Onun yaşı açıqlanmayıb.

On bir yaşlı oğlanın saxlanılması Lionun prokuroru Nikol Jakenin bəyanatından sonra məlum olub. "Onun yaşı nəzərə alaraq, alternativ intizam tədbirləri görüləcək", - rəsmi məlumatda deyilir. Qrupun təhlükəli hədələr yazan digər iştirakçılarının axtarışları davam edir.(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru