İran yeni silahlar istehsal etdi

10-03-2021, 09:30           
İran yeni silahlar istehsal etdi
İranın tamamilə yerli istehsalı olan “Məsaf” avtomatı Silahlı Qüvvələrin istifadəsinə verilib və yaxın gələcəkdə orduda istifadə olunan avtomat silahlar dəyişdiriləcək.

Publika.az xəbər verir ki, barədə məlumatı İranın müdafiə naziri, general-mayor Əmir Xatəmi verib.

O bildirib ki, iranlı konstruktorlar piyada qoşunlarının tələbatını nəzərə alaraq bu silahı hazırlayıblar. General-mayorun sözlərinə görə, İran silahı olan “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.

“Məsaf” digər avtomat silahlardan çəkisinə görə fərqlənir və nişangahla təchiz olunub. Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan snayper və tüfəng tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru