İranın vitse-prezidenti həbs edildi

10-03-2021, 10:35           
İranın vitse-prezidenti həbs edildi
İranın vitse-prezidenti İsa Kələntəri İran İslam İnqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum edilib.



Pravda.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin Kələntərini iki il müddətinə siyasətdən kənarlaşdırmaq qərarına gəlib.



Bundan başqa, vitse-prezident həqiqəti əks etdirməyən və ictimaiyyəti çaşdıran bəyanatlarına görə 4 milyon tümən (təxminən 164 dollar) məbləğində cərimə ödəməli olacaq.



Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. “Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?” sualına vitse-prezident belə cavab vermişdi: “Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru