Qlobal istiləşmə dünya əhalisinin 40 faizini təhdid edir

10-03-2021, 21:40           
Qlobal istiləşmə dünya əhalisinin 40 faizini təhdid edir
ABŞ-ın Prinston universiteti tədqiqatçılarının apardığı araşdırma zamanı məlum olub ki, iqlim böhranı tropik bölgələrdə insanın iqlimə adaptasiyasını mümkünsüz edə bilər.

"The Guardian" nəşrinin məlumatına görə, iqlimşünaslar müəyyən ediblər ki, orta illik hərarətin 1,5 selsi dərəcəyədək artması nəticəsində tropiklərdə hərarət 35 dərəcəyə çata bilər, bu isə insan bədəninin adaptasiyası üçün son həddir.

“Nəzəri cəhətdən heç bir insan nə qədər su içsə də, nəm termometr ilə 35°C-dən yuxarı hərarətə dözə bilməz”, - ekspert Moktaba Sadex söyləyib.

“Nəm termometr” nəm (tərli) insan bədəninin hansı daxili hərarətə yönələcəyini göstərir.

Alimlər aşkar ediblər ki, “nəm termometr” üzrə hərarət orta tropik hərarətlə təxminən eyni sürətlə artır. Onların fikrincə, 20 dərəcə şimal və 20 dərəcə cənub enliyi arasındakı ölkələrin əhalisinin hipertermiyaya (bədəndə izafi istilik) uğraması təhlükəsi mövcuddur.

BMT Təhlükəsizlik Şurasının daha əvvəl gəldiyi nəticəyə görə, iqlim dəyişikliyi dünyanın siyasi, iqtisadi və ictimai sistemini sarsıtmaq istidarında olan ciddi təhdiddir.

Tropik bölgələrdə insanlığın 40%-i məskunlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.