Baba qocalıb, onun üçün fərqi yoxdur... - Bayden müdafiə nazirinin adını unudub
10-03-2021, 22:44
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden yenidən qocalıq demensiyasının simptomlarını «nümayiş etdirib» - müdafiə naziri Lloyd Ostinin adını unudub. İnsident prezidentin ABŞ ordusunda qulluq edən qadın-hərbçilərə həsr olunmuş çıxışı zamanı baş verib.
Bu zaman Ostin Baydenn bir neçə addımlığında dayanıb. «Mən, həm də sek… keçmiş generala təşəkkür etmək istəyirəm. Mən, onu general adlandırmaqda davam edirəm, amma o mənim - o oğlan ki, həmin idarənin başında dayanır» - Bayden deyib.
Xəbər verildiyi kimi, nitqindəki səhvlər və yaddaşındakı pozuntular Co Baydeni çoxdan «izləyir». Seçkiqabağı kampaniyada o, demişdi ki, senator postuna seçilir, 2020-ci ilin dekabrında isə vitse-prezident Kamala Harrisi Birləşmiş Ştatların lideri adlandırmışdı.
Noyabrda Bayden öz nəvəsi Natalini ölmüş oğlu Bo ilə dəyişik salıb, öz rəqibi Donald Trampı Corc adandırmışdı - onu əvvəlki prezident Corc Buşla (oğul) qarışdırmışdı.
Belə fəna halına görə, keçmiş prezident Donald Tramp Co Baydeni «yuxulu Co» adlandırmışdı.