Köməkçiləri Baydenə jurnalistlərə danışmağı yenidən qadağan etdilər - VİDEO
11-03-2021, 00:50
ABŞ Prezidenti Co Baydenin köməkçiləri onun jurnalistlərə danışmasını yenidən qadağan ediblər. Bu barədə “Daily Mail” xəbər verib.
Bildirilir ki, hadisə siyasətçi Vaşinqtonda təsərrüfat dükanında olarkən baş verib. Jurnalistlər ona bir neçə sual verməyə çalışıblar. Suallardan biri Meksika sərhədində böhranla bağlı olub. Prezident buna cavab verməyə çalışarkən, köməkçiləri onu kənara çəkiblər, media nümayəndələrindən isə getmələri xahiş olunub.
Mart ayının əvvəlində isə Ağ Ev izah olunmayan səbəbdən Baydenlə birbaşa yayımı dayandırmışdı. O, konqresmen demokratların suallarını cavablandırmalı idi, ancaq yayım qəfildən dayandırılmışdı.