Rusiyada dəmir yolu ilə ilk gəzinti turlarına start verildi

11-03-2021, 00:09           
Rusiyada dəmir yolu ilə ilk gəzinti turlarına start verildi
Rusiyada kruiz dəmir yolu turlarının pilot layihəsinə start verilib.

Teref.az xəbər verir ki, bu barədə layihənin təsisçisi Strateji təşəbbüslər agentliyi öz "Telegram” kanalında bildirir.

Qatarlar Moskva-Nijni Novqorod-Kazan-Moskva və Moskva-Kazan-Nijni Novqorod-Moskva marşrutları üzrə yola salınıb.

Belə bir səfərdə vaqonlar təkərli mobil hotel, restoran və əyləncə mərkəzinə çevrilir.

Şəhərlərdəki dayanacaqlar zamanı səyahət edənlər üçün ekskursiyalar təşkil olunacaq.

Hazırda layihənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

(Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru