Qlobal neft istehlakı gündəlik 101,3 milyon barrelə yüksələcək- Gələn il

11-03-2021, 00:09           
Qlobal neft istehlakı gündəlik 101,3 milyon barrelə yüksələcək- Gələn il
Qlobal neft istehlakı 2022-ci ildə 3,8 milyon barrel artaraq sutkada orta hesabla 101,3 milyon barrelə çatacaq.

Bu proqnozla ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.

Bildirilir ki, qlobal neft tələbatı tədarükdən geri qaldığı üçün gələn il qiymətlərin də azalacağı proqnozlaşdırılır.

“OPEC və qeyri-OPEC ölkələri tərəfindən istehsal məhdudiyyətlərinin davam etdirilməsi, COVID-19 peyvəndinin daha geniş tətbiqi fonunda qlobal iqtisadi fəaliyyətlərin və neft tələbatının artması fevral ayında neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Peyvəndləmə nisbətləri, səyahət və məşğulluğun COVID-19-dan əvvəlki səviyyələrə qayıtması neft tələbatının bərpası sürəti kimi qeyri-müəyyən olaraq qalır. “OPEC+”un hasilat məhdudiyyətlərinə aprel ayından sonra da davam edib-etməyəcəyinə dair qeyri-müəyyənlik var. Xam neft qiymətlərinin artması “OPEC+”u hasilatı artırmağa təşviq edə bilər”, – deyə EIA-nın məlumatında qeyd olunur(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru