İndoneziya məhkəməsi general Napoleon Bonaparta həbs cəzası kəsib

11-03-2021, 07:15           
İndoneziya məhkəməsi general Napoleon Bonaparta həbs cəzası kəsib
İndoneziya polisinin general-müfəttişi Napoleon Bonapart korrupsiya əməllərində ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilib.

APA xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.

İttihamçıların məlumatına görə, yüksək çinli hüquq-mühafizə orqanı zabiti 370 min ABŞ dolları və 200 min Sinqapur dolları rüşvət alıb. Bunun müqabilində o, dələduzluq ittihamı ilə axtarılan bir nəfərin ölkəyə qayıtmasına köməklik göstərib.

Cinayət işində adı keçən digər yüksək rütbəli şəxs briqada generalı Prasetico Utomo 3,5 il müddətinə həbs cəzası alıb. Hər iki generalın dələduzluq üzrə axtarışda olan şəxsin adını İnterpolun axtarış siyahısından çıxardığı bildirilir.

General Bonapart bütün ittihamları qəti şəkildə rədd edərək, hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru