ABŞ Dövlət katibi Çinin xarici işlər naziri ilə görüşəcək

11-03-2021, 08:42           
ABŞ Dövlət katibi Çinin xarici işlər naziri ilə görüşəcək
ABŞ Dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan martın 18-də Alyaskada Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici işlər üzrə komissiyasının ofis rəhbəri Yan Tszeçi ilə görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Dövlət katibi və prezidentin köməkçisi Çin nümayəndələri ilə bir sıra məsələləri müzakirə edəcək”, - deyə Dövlət Departamentinin yaydığı açıqlamada bildirilib.

ABŞ tərəfi görüşlə bağlı başqa heç bir məlumat bildirməyib.

Qeyd edək ki, bundan əvvəl Honkonqun “South China Morning Post” qəzeti iki ölkə arasındakı münasibətlərin yenidən qurulması üçün Çin və ABŞ rəsmilərinin Alyaskada görüş keçirilməsi barədə razılığa gəldiklərini yazmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.