2020-ci il koronavirus səbəbindən ABŞ tarixində ən ölümcül dövr olub

11-03-2021, 08:43           
2020-ci il koronavirus səbəbindən ABŞ tarixində ən ölümcül dövr olub
Ötən il ABŞ tarixində ən çox ölüm hallarının qeydə alındığı dövr olub.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.

Bildirilir ki, ABŞ-da 2020-ci ildə yeni növ koronavirus qurbanlarının sayı təxminən 400 000 nəfər olub ki, bu da ölümlərin ümumi sayında ölkə üzrə 15 faiz artım təşkil edib. "COVİD-19" virusunun törətdiyi fəsadlar ötən il ABŞ-da ölüm saylarının tezliyinə görə ürək-damar və xərçəng xəstəliklərindən sonra üçüncü səbəb olub.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universitetinin verdiyi məlumatda ABŞ-da pandemiya zamanı 29 milyon nəfərdən çoxunun koronavirusa yoluxduğu, 529 mindən çoxunun isə dünyalarını dəyişdikləri bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru