Koalisiya qüvvәlәri Yәmәnә ağır ZƏRBƏLƏR ENDİRDİ

11-03-2021, 08:59           
Koalisiya qüvvәlәri Yәmәnә ağır ZƏRBƏLƏR ENDİRDİ
Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Yәmәnin paytaxtı Sәna başda olmaqla ölkәnin beş şәhәrinә 40 hava hücumu tәşkil edib.

Publika.az xəbər verir ki, İran tәrәfindәn dәstәklәnәn Husilәrә mәxsus ‘‘Ensarullah’’ adlı internet sәhifәsinin tәhlükәsizlik mәnbәsinә istinadәn yaydığı xәbәrdә Husilәrin nәzarәtindәki Sәna ilә Sadә, Zamar, Marib vә Cәvf şәhәrlәrinә 40 hava hücumu tәşkil edildiyi bildirilib.

Son günlәrdә Husilәr ilә hökumәt qüvvәlәri arasında Maribdә qarşıdurmalar intensivlәşib. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinin dә Husilәrә qarşı hava hücumları davam edir.

Husilәrin dә minalanmış pilotsuz uçuş aparatı ilә Sәudiyyә Әrәbistanının müxtәlif bölgәlәrinә hücumlar tәşkil etdiyi müşahidә olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.