Daha bir Avropa ölkəsi Azərbaycanın aldığı peyvənddən istifadəni dayandırdı!
11-03-2021, 20:30
Bu gün Danimarka da “AstraZeneca” peyvəndindən istifadəni dayandırmaq haqda qərar qəbul edib. Qərarın peyvəndin ciddi yan təsirlərə səbəb olduğu üçün verildiyi bildirilib. Danimarka Səhiyyə Nazirliyi “AstraZeneca” peyvəndinin vurulduğu insanlarda qan laxtalanmasnı artırdığını bildirib. Bu cür ciddi yan təsirə səbəb ola biləcəyi nəzərə alınaraq, peyvəndin tətbiqinin müvəqqəti dayandırıldığı açıqlanıb. Xatırladaq ki, Danimarkadan öncə Avstriya, Lüksemburq, Estoniya, Litva və Latviya da eyni səbəblərdən dolayı “AstraZeneca” peyvəndinin istifadəsini dayandırmışdı. “AstraZeneca” peyvəndinin 17 Avropa ölkəsinə göndərildiyini açıqlayan Avropa Dərman Agentliyi (EMA) isə vaksinin insanların sağlamlığında problemlər yaratdığına dair hər hansısa dəlilin olmadığını vurğulayıb. Onu da qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, Azərbaycan İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsi alacaq. “AzPolitika.info”