ABŞ-da 100 milyondan çox COVID-19-a qarşı inyeksiya vurulub 13-03-2021, 08:27 ABŞ-da insanlara yeni növ koronavirus infeksiyasına qarşı 100 milyondan çox inyeksiya vurulub.Trend-in məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin saytında bildirilib.Məlumata əsasən, ümumilikdə 101 milyon 128 min iynə vurulub. Bundan əlavə, ABŞ-a 133 337 525 doza COVID-19- qarşı peyvənd gətirilib.Ölkədə 35 000 159 insanın artıq peyvəndləmə kursunun tamamlandığı qeyd olunur. Facebook-da paylaş