ABŞ: Rusiyaya qarşı AB-dən istəyimiz budur

13-03-2021, 08:56           
ABŞ: Rusiyaya qarşı AB-dən istəyimiz budur
ABŞ Avropa Birliyindən (AB) Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə nail olmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Prezident Co Bayden məhz bu yöndə addım atmağı planlaşdırır:

“Əgər siz Rusiya və Çinə baxsanız, görərsiniz ki, Bayden avropalılarla işləməklə Rusiyaya qarşı daha dayanıqlı siyasi xətt yürütməyə başlayıb”.

Sallivan əlavə edib ki, Vaşinqton rusiyalı bloger Aleksey Navalının həbsi və digər pisniyyətli fəaliyyətlərdən dolayı Kremlə qarşı əlavə tədbirlər görəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru