Gümrüdəki Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum

14-03-2021, 05:54           
Gümrüdəki Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum
Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb.

Teref.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Hadisə 10 mart tarixində yaşanıb. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.

Bundan sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxdıqdan sonra həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görüb. Qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.

Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən qaçıb. oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru