İngiltərə qarışdı: Polislə aksiya iştirakçıları toqquşdu
14-03-2021, 10:40
Londonda itkin düşdükdən sonra cəsədi meşəlik ərazidə tapılan Sarah Everard üçün anım mərasimi keçirilib.
Yenisabah.az xəbər verir ki, bu zaman polis və iştirakçılar arasında qarşıdurma yaranıb. Buna səbəb isə aksiyanın icazəsiz keçirilməsi olub.
Hazırda Britaniyadakı karantin şərtlərinə görə iki nəfərdən artıq toplaşmaq qadağandır. Buna baxmayaraq S.Everardın xatirəsini yad etmək istəyən yüzlərlə insan bir araya gəlib və bu zaman polis toplaşanlara müdaxilə edib.
Modern.az xatırladır ki, 33 yaşlı S.Everard martın 3-də dostlarının evindən çıxdıqdan sonra itkin düşüb. Onun cəsədi İngiltərənin Aşford şəhərində meşəlik ərazidə tapılıb. 48 yaşlı polis məmuru Veyn Kuzens Everardın qaçırılması və öldürülməsi ittihamı ilə həbs olunub.