Rusiya Suriyada həlak olan hərbçilərinin sayını açıqladı - RƏSMİ

15-03-2021, 15:57           
Rusiya Suriyada həlak olan hərbçilərinin sayını açıqladı - RƏSMİ
Suriyada silahlı münaqişə zamanı 122 rusiyalı hərbçi həlak olub.

“İnterfax” agentliyi xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov məlumat verib.

Xatırladaq ki, Rusiya 2015-ci ilin sentyabrın 30-dan Suriyada hərbi əməliyyatlarda iştirak edir.

Həmçinin Rusiyanın Suriyada Tartus hərbi-dəniz bazası, Hmeymim aviabazası və Əl-Qamışlı helikopter bazası mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.