ABŞ-ın eks prezidenti bayram proqramını həyat yoldaşı Mişel Obama ilə hazırlayır. Sözügedən proqram məşhur musiqi platformasında yayımlanacaq.
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama Ramazan bayramı üçün proqram hazırlayır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın eks prezidenti bayram proqramını həyat yoldaşı Mişel Obama ilə hazırlayır.
Sözügedən proqram məşhur musiqi platformasında yayımlanacaq. Ramazan ayının ilk günündən etibarən yayımlanacaq proqramda ABŞ-dakı müsəlman sənətçiləri, aktivistlər və idmançıların səsinə yer veriləcək.