Bayden gözə dəymir, vəziyyətə Kamala nəzarət edir - Gözlənilən idi...
17-03-2021, 08:48

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti, 78 yaşlı Co Baydenin psixi sağlamlığı getdikcə daha çox həyəcan doğurur. Dövlət başçısı vəzifəsində olduğu müddətdə o, heç bir rəsmi mətbuat konfransı keçirməyib ki, bu, ABŞ tarixində son 100 ildə ilk dəfədir. Son günlər isə Bayden ümumiyyətlə, geniş kütlə qarşısına çıxmayıb.
CNN kanalının məlumatına görə, yeni ABŞ prezidentinin mətbuat konfransının rəsmi tarixi hələ də məlum deyil. Ağ Evdə jurnalistlərin suallarına cavab verməkdən çəkinirlər. Mətbuat katibi Cen Psakinin sözlərinə görə, Baydenin mətbuat konfransı martın axırında baş tutmalıdır. Ancaq Bayden hələ də hətta Konqresn birgə iclasında iştirak etməyib, onun sələfləri adətən bunu fevralda edirdilər.
Buna baxmayraq, Bayden prezident postunda olduğu qısa müddət ərzində artıq jurnalistlərlə bağlı (və ya suallara cavab verərkən) bir sıra «konfuz»ların sırasına düşə bilib. Məsələn, bu yaxınlarda o, Vaşinqtonda təsərrüfat mağazasına baş çəkib və orada prezidentdən Meksika ilə sərhəddəki miqrasiya böhranı barədə soruşublar. Anaq Bayden cavab verməyib, onun köməkçiləri isə tələsik vəziyyətə müdaxilə edərək, mətbuat nümayəndələrindən mağazanı tərk etməyi tələb ediblər. Bundan başqa, martın əvvəlində prezdentin demokrat-konqresmenlərlə Ağ Evdə görüşünün translyasiyası gözlənilmədən məhz o anda kəsilib ki, dövlət başçısı suallara cavab verməli idi.
Baydenin özü Ağ Evə gəlişinin ilk günlərində jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Özünün ilk fərmanlarının imzalanmasının gedişində (efirdə birbaşa yayım edərkən) o, deyib: «Nəfəsimi dərmək üçün mənə imkan verin», bundn sonra isə sadəcə, oranı tərk edib.
Xəbər verildiyi kimi, Co Baydenin qocalıq demensiyası nümunlərinin sayı getdikcə artır. Sonuncu hadisə - prezident müdafiə naziri lloyd Ostinin adını və postunu unudub. Bundan əvvəl, ilkin seçkilərdə qələbəsindən sonra, o, Konqresə seçildiyini deyib, seçkiqabağı kampaniya çərçivəsində isə təsadüfən öz bacısını arvadı, nəvəsini isə ölmüş oğlu ilə qarışdırıb, hətta rəqibi Donald Trampı Corc Buşla (oğul) dəyişik salıb.
Ekspertlərin proqnozlaşdırdığı kimi, açıq görünür ki, sağlamlığının proqressiv ağırlaşması fonunda Baydeni geniş kütləyə getdikcə az-az göstərəcəklər, onun yerini isə enerjili vitse-prezident Kamala Harris tutacaq.