Fransada koronavirusun üçüncü dalğası başlayıb - Baş nazir 17-03-2021, 09:04 Fransada yeni növ koronavirus (COVİD-19) pandemiyasının üçüncü dalğası başlayıb.Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Jan Kasteks deyib.Onun sözlərinə görə, bu mərhələ koronavirusun "çoxsaylı ştammları ilə xarakterizə olunur".Qeyd edək ki, Fransada 4 milyondan artıq koronavirusa yoluxma halı qeydə alınıb, yoluxanlardan təxminən 90 min nəfər vəfat edib. Facebook-da paylaş