Cavad Zərif İngiltərəyə nüvə silahı ilə əlaqədar münasibət bildirdi - Foto

17-03-2021, 11:37           
Cavad Zərif İngiltərəyə nüvə silahı ilə əlaqədar münasibət bildirdi - Foto
Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Tvitter"də İranın dinc məqsədli nüvə proqramı ilə bağlı narahatlığını ifadə edən İngiltərə Baş Naziri Boris Consonun iddialarına cavab verib.

Zərifin paylaşımında aşağıdakı ifadələr yer alıb:

"İngiltərə Baş Naziri Boris Conson tam bir ikiüzlülüklə İranın nüvə silahı istehsal edəcəyindən narahatlığını dilə gətirir. Eyni gün ölkəsi nüvə silahı arsenalını genişləndirəcəyini elan edir.
İran olaraq İngiltərədən və müttəfiqlərindən fərqli olaraq nüvə silahlarının və bütün kütləvi qırğın silahlarının barbarlıq olduğuna və ortadan qaldırılmalı olduğuna inanırıq".

London rəhbərliyi dünən nüvə arsenalını artırmağı planlaşdırdığını açıqlamışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru