Ermənistan ordusu öz xalqına necə təcavüz edir? (Video)

18-03-2021, 00:00           
Ermənistan ordusu öz xalqına necə təcavüz edir? (Video)
Ermənistan mətbuatında müharibədən sonra ölkə ordusundakı cinayət işləri ilə bağlı statistika dərc edilib.

Teref.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Caliber” müstəqil jurnalist layihəsinin "YouTube” kanalında yerləşdirilmiş növbəti videosüjetdə bildirilib.

Materialda qeyd olunur ki, müharibədən sonrakı aylar ərzində Emənistanın istintaq orqanları tərəfindən ordudakı kütləvi fərarilik, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, dövlət əmlakının satılması və mənimsənilməsi kimi hallar üzrə 1500-ə yaxın cinayət işi açılıb.


"Belə cinayətlərin arasında erməni çağırışçılarının kütləvi zorlanması hadisələrini xüsusilə qeyd etmək lazımdır. Erməni zabitlərinin öz əsgərlərinin anaları və bacıları ilə olan münasibətləri isə əsl biabırçılıqdır. Əsgərlərin öz zabitlərini güllələməsi hallarının bir çoxu məhz belə faktların nəticəsidir”, - deyə süjetdə bildirilir.

Qeyd olunur ki, sadalanan cinayətlərlə bağlı artıq 500-dən çox hərbçi cinayət məsuliyyətinə cəlb olunub.

Daha ətraflı "Caliber”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru