Bayden Rusiyanı təkləməyə çalışır – ABŞ "Şimal axını-2" layihəsini dayandırmaq üçün hərəkətə keçdi

19-03-2021, 06:09           
Bayden Rusiyanı təkləməyə çalışır –
ABŞ hökuməti "Şimal axını-2" layihəsini həyata keçirən şirkətlərdən dərhal işi dayandırmağı tələb edib. Əks halda, onlara qarşı sanksiyalar tətbiq olunacaq. Dövlət katibi Blinken bu barədə xəbərdarlıqla çıxış edib.

İndiyədək 18 Avropa şirkətinin layihədən çəkildiyi məlumdur. Lakin Merkel hökuməti layihəni başa çatdırmaqda israrlı görünür. Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya uzanan boru kəmərinin 95%-ə yaxını hazırdır, təxminən 140 kilometrlik hissəsi qalıb.

Siyasi təhliçi Şahin Cəfərli bildirir ki, Bayden ABŞ prezidenti seçildikdən sonra Almaniya kimi dəyərli müttəfiqi incitməmək və Tramp dövründə müəyyən zərər görmüş əlaqələri təmir etmək üçün bu məsələdə güzəştə meylli idi: “Lakin bir tərəfdən Konqres buna qəti şəkildə qarşı çıxdı, digər tərəfdən də, belə görünür ki, Bayden mövqeyini dəyişərək Rusiyaya geosiyasi və maddi faydalar gətirəcək bu layihəni əngəlləməyə davam etməyi zəruri sayıb”.

Təhliçi onu da qeyd edib kia, Almaniyanın özündə layihə ilə bağlı konsensus yoxdur.

“Mövcud hökumət - xristian birlik partiyaları ittifaqı (CDU/CDU) ilə sosial demokratlar (SPD) layihəyə fəal dəstək versələr də, sürətlə nüfuzunu artıran və son sorğulara əsasən reytinqinə görə 2-ci yerə yüksəlmiş Yaşıllar layihəyə qarşı çıxır.

Ekoloji qeyri-hökumət təşkilatları da o cümlədən bu mövqedədirlər. Payızda Bundestaqa keçiriləcək seçkilərdən sonra yaşılların içində olduğu bir koalisiya qurulması ehtimalı var” - deyə, ekspert vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru