ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilib

19-03-2021, 06:47           
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilib
ABŞ Konqresinin Senatı ölkənin Rusiyadakı keçmiş səfiri Uilyam Bernsi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri vəzifəsinə təyin edilməsini dəstəkləyib.

Trend-in məlumatına görə, Senat üzvləri U.Bernsin namizədliyinin lehinə yekdilliklə səs veriblər.

Xatırladaq ki, U.Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiya Federasiyasında səfiri olub. 2011-2014-cü illərdə Dövlət Departamenti rəhbərinin müavini vəzifəsində çalışıb və son illərdə Karneqi Fonduna rəhbərlik edib.

33 il diplomat olaraq çalışan Uilyam Berns "Görünməz qüvvə. Amerikan diplomasiyası necə işləyir və necə yenilənməli" adlı memuarlarında ABŞ-ın NATO-nu genişləndirmək yox, hazırkı üzvlərini daha sıx birləşdirməyi hədəfləməsi lazım olduğu fikrini söyləyib. Diplomat Avropa Birliyinin İngiltərə onun sıralarını tərk etdikdən sonra daha çox dəstəklənməsini prioritetlərdən biri adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru