ÇİN ABŞ-ı münasibətləri pisləşdirməyə son qoymağa çağırdı

19-03-2021, 06:55           
ÇİN ABŞ-ı münasibətləri pisləşdirməyə son qoymağa çağırdı
Çin və ABŞ münasibətləri pisləşdirməyi dayandırmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Alyaskada Amerika tərəfi ilə danışıqların gedişatında bildirib.

"Son illər Çinin qanuni hüquqları və maraqları pozuldu və Çin-Amerika münasibətləri üçün görünməmiş çətinliklər dövrü gəldi. Və bu artıq aşağı istiqamətli hərəkətdə davam etməməlidir", -Çinin Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.

O, qeyd edib ki, ikitərəfli münasibətlərin pisləşməsi hər iki ölkənin maraqlarına, həmçinin sabitliyə ziyan vurub və sülhün inkişafına mənfi təsir göstərib.

Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin və ABŞ arasında ilk danışıqlar aparılır. Görüşdə ABŞ-ı dövlət katibi Entoni Blinken və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təmsil təqdim edir, Pekin isə görüşdə xarici işlər naziri Van İ və Çin Kommunist partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Mərkəzi Komitənin Xarici işlər üzrə komissiyasının dəftərxanasının rəhbəri Yan Çzeçi ilə təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru