Əsas namizəd yenə Paşinyandır - Hakim partiyanın mövqeyi dəyişməyib

22-03-2021, 12:11           
Əsas namizəd yenə Paşinyandır -
Ermənistanda siyasi partiyalar iyunun 20-nə təyin olunan növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayıblar.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, ölkənin hakim partiyası seçkiyə yenə Baş nazir Nikol Paşinyanın öncüllüyündə qatılacaq. Bu barədə Ermənistanın Ədliyyə naziri Rustam Badasyan məlumat verib.

Parlamentdə jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, hakim “Mənim addımım” itifaqının Baş nazir postuna namizədi yenə N.Paşinyan olacaq.

R.Badasyanın bildirdiyinə görə, özü partiyanın idarə heyətinin üzvü olmasa da, təşkilatdakı yekdil fikirdən tam xəbərdardır və birmənalı olaraq, hakim partiyanın namizədlər siyahısına Paşinyan rəhbərlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru