İsraildə erkən parlament seçkiləri keçiriləcək

23-03-2021, 07:51           
İsraildə erkən parlament seçkiləri keçiriləcək
Bu gün İsraildə 24-cü çağırış Knessetə erkən seçkilər keçiriləcək.

“Report” xəbər verir ki, vətəndaşların səsverməsinin nəticələrinə əsasən 120 yerlik Knessetin (parlament - Red) tərkibi müəyyən ediləcək, bundan sonra hökumətin qurulma proseduru başlayacaq və uğurla başa çatacağı təqdirdə yeni hökumətlə yeni baş nazir and içəcək.

İsraildə parlament seçkiləri partiya siyahıları ilə keçirilir. Bir həftə ərzində səslərin yekun nəticələrini aldıqdan sonra Prezident Reuven Rivlin Knessetə seçilən partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayacaq və ardından millət vəkillərindən birinə yeni hökumət qurmağı tapşıracaq.

Bir qayda olaraq, baş nazirliyə namizəd parlamentdə ən çox mandata sahib olan partiyanın lideri olur. Lakin prezident, partiyası çox səs toplaya bilməyən, lakin 120 millət vəkilindən 61-nin səsini alaraq koalisiya qurmağı bacaran siyasətçiyə də hökuməti qurmaq tapşırığını verə bilər.

Baş nazir postuna namizədə hökumət qurması üçün 42 gün vaxt veriləcək. Əgər namizəd prezidentin tapşırığını yerinə yetirməsə digər partiya lideri bunu etməyə cəhd göstərəcək.

Xatırladaq ki, İsraildə Knessetə sonuncu seçkilər 2020-ci ilin 2 mart tarixində keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru