Misir "fironların lənəti"nə gəlib?

1-04-2021, 08:28           
Misir "fironların lənəti"nə gəlib?
"Sosial media istifadəçiləri iddia edir ki, son günlər ard-arda yaşanan qəzalar fironların köçürülməsi prosesinə görədir"

Misirdə bir həftə ərzində baş verən ardıcıl fəlakətlər "Fironun lənəti" nəzəriyyəsinin yenidən sosial mediada yayılmasına səbəb olub. Düşünülür ki, fəlakətlər mumiyaların bir muzeydən digərinə köçürüləcəyi üçün baş verir.

Qeyd edilib ki, qədim Misirin ən güclü hökmdarı olan Firon II Ramzes və Kraliça Ahmose Nefertarinin mumiyaları daxil olmaqla 22 mumiyanın gələn həftə Misirdə bir muzeydən digərinə köçürüləcəkdi. Lakin bir-birinin ardınca baş verən fəlakətlər ictimai mediada "mumiyalar narahat edilib"-deyə həmin hadisələrin yaşandığı bildirildi.

Əvvəlcə ölkədə Süveyş kanalında dəniz nəqliyyatını tamamilə dayandıran bir gəmi qəzası baş verdi.

Bu hadisəyə əlavə olaraq, Sevhac şəhərində 32 nəfərin ölümü ilə nəticələnən bir qatar qəzası baş verdi.

Bundan əlavə, paytaxt Qahirədə 10 mərtəbəli bir binanın çökməsi nəticəsində 18 nəfər öldü.

Sosial media istifadəçiləri iddia edir ki, son günlər ard-arda yaşanan qəzalar fironların köçürülməsi prosesinə görədir. Onlar Firon II Ramzesin "ölüm kralın dincliyini pozanlara rast gələcək" sözünü rəhbər tutaraq bu fikrə düşüblər.

Qeyd edək ki, ölkə tarixinin ən böyük köçürmələrindən biri olaraq 2 aprel tarixində həyata keçiriləcək layihədə "Təhrir" meydanındakı Misir muzeyindən götürüləcək 22 mumiyanın 40 dəqiqə ərzində "Fustat"dakı Milli Misir Sivilizasiya Muzeyinə təhvil veriləcəyi planlaşdırılır.

Lakin Misir arxeoloqları "fironun lənəti" nəzəriyyəsindən bəhs edərək izah ediblər ki, bir-birinin ardınca baş verən uğursuz qəzaların mumiyalarla əlaqəsi yoxdur və daşınma zamanı heç bir mumiya və məzar zərər görməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.