Ermənistanda güclü elektrik stansiyasalarından birinin istismarı olaraq dayandırılıb

1-04-2021, 13:09           
Ermənistanda güclü elektrik stansiyasalarından birinin istismarı olaraq dayandırılıb
Ermənistanın “Hrazdan-5” elektrik stansiyasının istismarı müvəqqəti olaraq dayandırılıb. Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, məlumatı stansiyanı istismar edən “Qazprom Armenia” şirkətindən də təsdiqləyiblər.

“Bu, stansiyada yerləşən qaz turbin qurğusunun (əsas avadanlıqdır) əsaslı təmir zərurəti ilə əlaqədardır, bunsuz onun sonrakı işi mümkünsüzdür”, - deyə şirkətdən bildiriblər.

“Qazprom”dan həmçinin bildiriblər ki, əsaslı təmirin ilkin qiymətləndirilmiş dəyəri təxminən 16 milyon avrodur və bu, stansiyadan tədarük edilən elektrik enerjisinin Ermənistanın İctimai Xidmətləri Tənzimləməyən Komissiyası tərəfindən təklif edilmiş tarifləri ilə kompensasiya edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru