Qonşu ölkədə bəzi məhdudiyyətlər ləğv edildi

1-04-2021, 21:51           
Qonşu ölkədə bəzi məhdudiyyətlər ləğv edildi
Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bəzi məhdudiyyətlər aprelin 1-dən ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu gündən teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib. Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Gürcüstanda saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi və digər məhdudiyyətlər hələ də qüvvədə qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru